Tariximiz
Tariximiz
2016-cı ildən etibarən Azərbaycanda gömrük təmsilçiliyi və vergi-mühasibatlıq xidmətlərini eyni anda özündə birləşdirən ilk şirkətlərdən biri kimi fəaliyyətə başladıq. Bu sahədə yüzlərlə şirkətə dəstək verdik. Fəaliyyətimizə verilən dəyər idi ki, böyüdük və SR Broker, SR Audit, SR Tax, SR Customs, Rapid Logistics ilə bütünləşib, "SR GROUP COMPANY" olaraq sizin qarşınıza çıxdıq. Gömrük təmsilçiliyi, audit, vergi-mühasibatlıq, logistika, beynəlxalq yük daşımaları və konsaltinq kimi bir çox xidmətləri təklif edirik.
Missiyamız
Missiyamız və Strategiyamız
Fəaliyyət göstərdiyimiz sahələrdə keyfiyyətli və innovativ xidmətləri tətbiq etməklə uzunmüddətli və sağlam münasibətlər qurmaq, müştəri məmnunluğunu əldə etmək, ən əsası isə öz sahəmizdə etibarlı imic qazanmaq missiyamızdır. Bunun üçün də bəzi inandığımız dəyərləri öz yolumuzda mayak olaraq görürük.
Seçilmiş dəyərlər şirkətin məqsədlərinə uyğun olmalıdır. Şirkətimiz işini qısa müddətli gəlir əldə etmək üzərində deyil, düşünülmüş və uzunmüddətli strategiya əsasında qurmuşdur.
680+
Müştərilər
99%
Məmnuniyyət dərəcəsi
50+
Komanda üzvləri
Dəyərlərimiz
Dəyərlərimiz
Məqsədlərə yalnız şirkətmizin bölüşdüyü dəyərlərə sahib olmaqla nail olmaq mümkündür. Bu dəyərlər aşağıdakılardır:
- düzgünlük və şəffaflıq;
- operativlik və punktuallıq;
- konfidensiallıq və kommersiya sirrinin qorunması;
- səmimilik və münasibətlərdə qarşılıqlı hörmət;
- vicdanlılıq;
- öhdəliklərə cavabdehlik.
Struktur
Struktur