Korporativ əyləncə

“SR Group Company” MMC-nin əmək kollektivinin üzvlərinin iştirakı ilə 2023-cü ilin yekunlarına həsr olunmuş “Korporativ əyləncə” tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan baş direktor Rahib Hüseynli ötən ildə şirkətin əldə etdikləri nailiyyətlər, göstəricilər və uğurlardan danışaraq əməkdaşlardan yeni 2024-cü ildə daha da üstün nəticələr gözlədiyini və birgə, yorulmaz fəaliyyətlər ilə qarşıya qoyulmuş hədəflərə çatılacağına sarsılmaz inamını dilə gətirdi.

Tədbirdə əmək kollektivinin üzvləri “Təşəkkürnamə” ilə təltif olundular.