İnkişafa aparan görüş

Bakı KOB Evində Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın  İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənovun iştirakı ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına üzv olan bəzi şirkətlərin  nümayəndələri, o cümlədən "SR Group Company" MMC-nin direktoru Rahib Hüseynli arasında görüş keçirilib. Görüşdə gömrük və logistika sahələrində mövcud olan problemlər müzakirə edilib. İl ərzində bu formatda görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.