İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı”na əsasən 2023-cü il 1 yanvar tarixindən etibarən ölkəyə gətirilən, o cümlədən müvəqqəti saxlanc xüsusi proseduru altında yerləşdirilən malların idxalı əlavə dəyər vergisindən azad edilir. Bununla da siyahıda göstərilən mallara görə idxalatçılar dövlət büdcəsinə ödədikləri əlavə dəyər vergisini müraciət etməklə geri ala bilərlər.

Siyahı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz. https://e-qanun.az/framework/55130