Dekabrın 18-də Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib. Müsabiqədə iştirak etmək üçün 2420 nəfər müraciət edib. 1909 nəfər test imtahanında iştirak hüququ qazanıb və onlardan 651 nəfəri qadındır.
İmtahanda qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidəçi kimi iştirak ediblər.
Test imtahanının nəticələri 3 gün müddətində Dövlət Gömrük Komitəsinin saytında elan ediləcək və hər bir namizədin qeydə alınmış e-poçt ünvanına bu barədə məlumat göndəriləcək.
Test imtahanında müvəffəqiyyət qazanan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər.