Bakı KOB evində KOBİA yanında İctimai Şuranın təşəbbüsü ilə "Vergi sahəsində mövcud problemlərinin öyrənilməsi" ilə bağlı görüş

23.11.2023-cü il tarixində Bakı KOB evində KOBİA yanında İctimai Şuranın təşəbbüsü ilə "Vergi sahəsində mövcud problemlərinin öyrənilməsi" ilə bağlı görüş keçirilib.

Görüşdə “SR Group Company” MMC-nin Baş direktoru Rahib Hüseynli Dövlət Vergi Xidmətinin əməkdaşları arasında vergi sahəsində müəyyən problemlərin sahibkarlıq fəaliyyətinə təsiri haqqında müzakirələrdə aktiv iştirak edib.

“KOBİA” yanında İctimai Şuranın sədri Fərhad Qaraşov da görüşdə iştirak edərək sahibkarlarla həmsöhbət olub.

Görüşdə xüsusi ilə vurğulanıb ki, sahibkarların vergi, maliyyə və digər sahələrdə qarşılaşdıqları çətinliklərin həll yolları və müzakirəsi üçün B2G fotmatında təşkil olunan görüşlərdə iştirak etməsi və dövlət qurumları ilə sıx əlaqədə olması onların gələcək fəaliyyəti üçün əhəmiyyətlidir.