Təcrübə proqramları
Gömrük bəyannamələrinin tərtibi üzrə Bəyannaməçi-Təcrübəçi
09:00 - 18:00
2016-cı il tarixdən fəaliyyət göstərən və yüksək ixtisaslı mütəxəssislərdən ibarət komandaya malik “SR Group Company” ölkədə aparıcı gömrük təmsilçiliyi(broker) və logistika şirkərlərindən biridir. Hazırda 300-dən çox idxal-ixrac əməliyyatlarını həyata keçirən sahibkarlara xidmət göstəririk.
İş rejimi: Həftə içi 09:00-18:00, Şənbə 10:00-15:00, nahar-çay fasiləsi, Bazar günü istirahət
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 27A, Comərd İş Mərkəzi, 4-cü mərtəbə, 8-ci ofis
Web: srgroup.az
e-mail: [email protected]
Əlaqədar şəxs-Cavid Vəliyev
Mob: +994 50 229 36 97
Təcrübəçiyə dair tələblər:
- Qısa idxal(QİB) və gömrük bəyannamələrinin (GB) doldurulmasına dair praktiki biliklərə yiyələnə bilməsi üçün təşəbbüskarlıq,
- Ali təhsil(minimum “Bakalavr”),
- Microsoft Office proqramlarından Excel və Word-də yaxşı səviyyədə işləmək bacarığı,
- Sifarişçilərə və təcrübə yerinə aid kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli,
- Bəyan ediləsi mallarla bağlı araşdırma apara bilməsi,
- Dəqiqlik, diqqət və sənədlərlə düzgün işləmə bacarığı,
- Ünsiyyətcil, işgüzar, çevik və kollektivdə işləmək qabiliyyətinin olması,
- Müəssisənin təlimat, qayda, intizam kodekslərinə riayyət etmək.
Təcrübə müddətini uğurla başa vuran namizədlərə iş təklif olunacaq və əmək müqaviləsi bağlanacaqdır. Daha ətraflı müsahibə zamanı məlumat veriləcəkdir.