Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşları və üzvləri təbrik edirlər!

Azərbaycan həmkarlar ittifaqlarının cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsində ardıcıl həyata keçirdiyi siyasətini, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi, işçilərin sosial problemlərinin həlli istiqamətindəki prinsipial və qətiyyətli mövqeyini nəzərə alaraq AHİK-in İcraiyyə Komitəsinin 2023-cü il 30 yanvar tarixli 24b.14ə saylı qərarı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Novruzov Vahid Tapdıq oğlu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “AHİK-30 il” yubiley döş nişanı ilə təltif edilmişdir.

Bu əlamətdar hadisə ilə əlaqədar cənab Vahid Novruzovu Palatanın əməkdaşları və üzvləri adından təbrik edir, möhkəm can sağlığı, müvəffəqiyyətlər və müstəqil Azərbaycanın inkişafı naminə gələcək fəaliyyətində uğurlar arzulayırıq.